Qəsas surəsi, 37-41-ci ayələrin təfsiri

  • 8 yıl önce
ADNAN OKTAR: Qəsas surəsi, 37, şeytandan Allaha sığınıram. "Musa dedi: “Rəbbim Öz tərəfindən kimin doğru yolu göstərən rəhbərliklə gəldiyini və Axirət yurdunun kimə nəsib olacağını daha yaxşı bilir." Yəni dünyanın son hakiminin kim olacağını yaxşı bilir. "Şübhəsiz ki, zalımlar nicat tapmazlar!" Yəni dəccallar nicat tapmazlar. "Amma dünya yurdunun kimə nəsib olacağını daha yaxşı bilir." İnşaAllah, Allahın izni ilə hz. Mehdi (ə.s) və hz. İsa Məsih (ə.s)-a aid olacaq. "Rəbbim Öz tərəfindən kimin doğru yolu göstərən rəhbərliklə (hidayətlə) gəldiyini"-yəni hidayətlə gələn kimdir? Mehdi (ə.s)-dır, inşaAllah. Bir çox mənası var, bir çox işarəsi var. Biz Axırzamana, Mehdi (ə.s)-a aid olan tərəfini təfsir edirik, şərh edirik. "Firon dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir məbud tanımıram." Dəccallıq edir, dəccallığını elan edir. Yəni haşa "Al