Bəqərə surəsi, 58, 59, 60, 61-ci ayələrin təfsiri
  • 8 yıl önce
ADNAN OKTAR: "Canım Adnan hocam, sizi çox sevirəm, Allah sizi başımızdan əskik etməsin. Hocam, mən bu müddət ərzində on iki çeşmə haqqında nə izah etmək istədiyinizlə maraqlanıram.”  Bəqərə surəsi, 60-cı ayə, Şeytandan Allaha sığınıram. (Yenə) Xatırlayın: Musa qövmü üçün su axtarmışdı, o zaman Biz ona: "Əsanı daşa vur"-dedik, ondan on iki çeşmə fışqırdı, Hər qəbiləyə su içəcəyi yer müəyyənləşdirildi. Allahın verdiyi ruzidən yeyin, için və yer üzündə təxribatçılıq (fəsad) törədib pis işlərə qurşanmayın!." İndi dövrümüzə işarə edən hissəsini qiymətlndirək, inkişaf etmiş texnologiyada nələr tətbiq olunur, məsələn, qayanı deşmək (yarmaq) üçün alət, əsa kimi bir şeydir, elə deyilmi? Qayanı deşən alət tətbiq olunur və qaya deşilir, 200-300 metr də suya çatılır və su fışqırır.
61-ci ayə. “Onda siz dediniz: “Ey Musa! Biz eyni cür yeməklərə dözməyəcəyik. Ona görə də bizim üçün Rəbbinə bizə yerin bitirdiklərindən – tərəvəzindən, xiyarından, sar