Muminun surəsi, 111-118-ci ayələrin təfsiri
  • 8 yıl önce
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram, Muminun surəsi, 111-ci ayə: "Bu gün Mən"-deyir Allah-"həqiqətən, onları səbir etdiklərinə görə mükafatlandırdım..." Səbir etmək çox vacibdir. İndi mehdiyyət çox uzun davam edəcək, hələ xeyli mərhələlərdən keçəcəyik, səbir lazımdır. "Şübhəsiz ki, uğur qazananlar da onlardır!”-deyir Allah. Baxın, həm qurtularlar (xilas olarlar), həm də uğur qazanarlar, bütün ömür səbirlə keçməlidir, inşaAllah. “Allah kafirlərdən: “Yer üzündə neçə il qaldınız?”–deyə soruşacaq. Onlar: “Bir gün yaxud bir gündən də az qaldıq. Sən (günləri) sayanlardan soruş”– deyəcəklər.'" Çox az qaldıqlarını zənn edirlər, səmimi fikirləridir. Bir ömür qaldıqları halda “Bir gün belə olmadı, bir gün yaxud bir gündən də az qaldıq” deyirlər. “(Allah) deyəcək: