Ənbiya surəsi, 73-79-cu ayələrin təfsiri

  • 10 yıl önce
ADNAN OKTAR: "Və onları öz əmrimizlə hidayətə yönəldən (Mehdilik edən) öndərlər etdik və onlara xeyri əhatə edən hərəkətləri- namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar bizə ibadət edənlər idi", 1984 edir əbcədi. Mehdi (ə.s)-ın tarixini verir inşaAllah.

 "Biz bunu (hökmü) Süleymana qavratdıq, hər birinə hökm və elm verdik. Davud ilə birlikdə təsbih etsinlər deyə, dağlara və quşlara boyun əydirdik." (Bunları) Edənlər "Biz idik" deyir Allah. 1979 Mehdi (ə.s)-ın zühurudur. "Biz bunu (hökmü) Süleymana qavratdıq", yəni "hökm vermə gücünü, izah etmə gücünü Mən ona verdim" deyir Allah. Mehdi (ə.s)-a da o gücü verən Allahdır. Mehdi (ə.s)-ın müstəqil bir gücü yoxdur. "Hər birinə hökm və elm verdik", hökm etmə, yəni ədalətlə qərar vermə və elm. Elmi kim verir? Allah verir. Mehdi (ə.s) hər hansı bir məktəbdə təhsil almayacaq, təriqətə də bağlı deyildir. Elmi vəhbi, çünki bax, deyir ki; "elmi mən verdim" deyir Allah. Bütün elmləri Allah öyrədər, ona işarə vardır. "Davud ilə birlikdə təsbih etsinlər deyə, dağlara və quşlara boyun əydirdik. (Bunları) edənlər Biz idik." İndi bütün İstanbulun dağlarında, bütün Türkiyənin dağlarındakı İstanbul 7 təpə üzərində, bütün evlərində olanlar hal-hazırda məni dinləyirlərmi?  Dinləyirlər. Bütün dağlarda Allahı həmişə birlikdə təsbih edirikmi indi? Çünki mən burada Allahı təsbih edirəm, amma İstanbulun 7 təpəsində də təsbih edirəm eyni vaxtda və Türkiyənin bütün bölgələrində; Tokatda, Turhalda, Adıyamanda, Siirtdə, Muşda, Bitlisdə, İzmirdə, Ədirnədə, Samsunda, Qaradənizdə, İç Anadoluda, hər yerdə təsbih edirəm və bütün türk dövlətlərində Amerikada eyni anda təsbih edirəm. Quranın bu işarəsi indi təsdiqləndi, budur. Mehdi (ə.s) qabaqcılı olaraq, bax bu məndə belə olur. Mehdi (ə.s) da çox daha əhatəlidir inşaAllah.