Zuxruf surəsi, 57, 61, 63 və 64-cü ayələrin təfsiri

  • 10 yıl önce
Hörmətli Adnan Oktarın 28 may 2013-ci il tarixli söhbətindən Zuxruf surəsi ilə bağlı izahları.

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram, Allah 57-ci ayədə-“Məryəm oğlu İsa Məsih örnək verilincə” bax, bu adamlar müsəlmandır, “sənin xalqın dərhal qəhqəhələrlə güldü”-deyir. İsa Məsihlə “lağ edirlər”. Allah ayədə intiqam alacağını deyir. Allah hz. İsa Məsih (ə.s)-a lağ etmələrini xoşlamadığını və intiqam alacağını deyir. Haşa indi də elə deyirlər, "hz. İsa Məsih (ə.s) xortlayacaqmı?"-deyirlər. Bilmirəm nə haşa. Baxaq görək, axirətdə hz. İsa Məsih (ə.s) gələndə bunu deyə biləcəksinizmi? Bunu gəldiyi zaman deyə bilərsinizmi? Bax Allah “örnək verilincə”, yəni İsa Məsihdən danışılan zaman “sənin xalqın”, İsa Məsihə, yəni Məryəm oğlu Məsihə qarşı “qəhqəhələrlə güldü”-deyir. Allah 61-ci ayədə "həqiqətən"-deyir, “İsanın yer üzünə enməsi saatın yaxınlaşmasının əlamətidir”, yəni Allah hz. İsa Məsih (ə.s)-ın yer üzünə enməsinin qiyamət əlaməti olduğunu deyir. “Qiyamətə şəkk etməyin və Mənə tabe olun. Budur düz yol”, əbcədi 2026-cı il tarixini verir. “İsa Məsih aydın dəlillərlə gəldiyi zaman”, yəni Allahın hökmləriylə gəlincə, “Dedi: Mən sizə hikmət gətirmişəm və barəsində ziddiyyətə düşdüyünüz bəzi şeyləri izah etmək üçün gəlmişəm”, yəni razılığa gələ bilmədiyiniz mövzuları sizə izah etmək üçün gəlmişəm. “Allahdan qorxun və mənə itaət edin. Həqiqətən, Allah mənim də Rəbbim”, hz. İsa Məsih (ə.s) Allah “mənim Rəbbimdir”-deyir. “Sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin!. Budur düz yol!”.