Taha surəsi 99-113-cü ayələrin təfsiri

  • 10 yıl önce
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram . "Beləcə, olub-keçmiş əhvalatlardan sənə danışırıq. Artıq sənə Öz tərəfimizdən zikr vermişik."

      Yəni, Quran. "Ondan üz döndərənlər  Qiyamət günü   ağır günah yükü daşıyacaqlar." Yəni, Qurandan kim üz çevirsə, şübhəsiz Qiyamət günü o, bir günah yükü daşıyacaq. "Onlar bu vəziyyətdə  əbədi  qalacaqlar. Bu qiyamət günü onların daşıyacağı yük nə pis bir yükdür." Qurana əməl etməmənin hökmünü Allah açıqlayır.  "ondan üz döndərənlər " baxın, istisnasız hər kəs üçün keçərlidir. "O yükün altında əbədi olaraq qalıcıdırlar." "Qiyamətdə əbədi olaraq cəhənnəm qarşılığı olar" deyir. "Bu Qiyamət günü onlar üçün nə pis bir yükdür" deyir cənab Allah. Qurana uyğun gəlmənin fərzi, yəni, hər kəs üçün o şəkildədir. " O gün sur üfürüləcək və o gün  günahkarları  gözləri gömgöy göyərmiş  halda bir yerə toplayacağıq."  Gömgöy gözləri, yəni, bənövşəyi rəngdə olar gözlərinin içi.

     103-cü ayə; " Onlar öz aralarında pıçıldaşıb deyəcəklər: "Dünyada cəmi on gün qaldınız!"  Öz aralarında nə qədər qaldıqlarına tam qərar verə bilmirlər ayılanda . Biri deyir ki, bir gün qaldıq deyir. Biri bir günün bir vaxtı qədər deyir, bir qismi də "on gün qaldınız deyə pıçıldaşacaqlar" deyir. Komada qaldıqlarını düşünürlər, dərin bir yuxudan, necə ki,  insanlar komadan ayılar , "mən neçə gündür ki, komadayam" deyir bilmirlər. Məsələn, bəzən dörd ay komada qalan adama desən "bir həftədir komadasan", inana  bilməz. Onlar da tam başa düşə bilmirlər tam olaraq nə qədər müddət qaldıqlarını. Halbuki, çox uzun müddət qalarlar, amma fərqində ola bilmirlər. On gün qaldığını düşünər o da.

      Şeytandan Allaha sığınıram. "Biz onların nə deyəcəklərini də yaxşı bilirik. Onların ən ağıllısı : "Dünyada cəmi bir gün qaldınız!"-deyəcək."  Bax, onlar da qərar verə bilmirlər. Bax, " onların daha üstün olanları isə daha bərbad mövqedə olanlara  "Dünyada cəmi bir gün qaldınız!"- deyərlər. Aralarında bir mübahisə var ,yəni, o yuxudan qalxmanın nə qədər davam etdiyinə dair qərar verə bilmirlər.

      "Səndən dağlar haqqında soruşurlar. De : " Rəbbim onları dağıdıb havaya sovuracaq"  qum kimi dağılacaq" deyir Qiyamət vaxtında." "oranı boş düzəngaha çevirəcəkdir ." Zəlzələnin təsiriylə dağlar çökməyə başlayar, əriyər və getdikcə yayılar ərazidə və yerləri bomboş olar, məsələn Ağrı dağını deyək, olduğu yer düzənlik halına gələr, dümdüz. Oranı boş düzəngaha çevirəcəkdir.

      " Sən orada nə bir eniş, nə də bir yoxuş görməyəcəksən." Zəlzələ davamlı davam etdiyi üçün əyriliklər də gedər. Əyridirsə, əyrilik varsa ərazidə, zəlzələnin təsiriylə o da düz hala gələr. Kələ-kötürlük varsa, o da zəlzələnin təsiriylə düzəlməyə başlayar. Bu səbəbdən yer üzündə düzənlik hakimiyyəti olar zəlzələnin təsiriylə, zəlzələnin şiddətiylə.

        "O gün insanlar heç bir yana meyl etmədən carçının arxasınca yeriyəcəklər ." Bu bir mələkdir Allahu Aləm, onları çağıran bir Mələk "Mərhəmətli olan Allahın qarşısında səslər kəsiləcək və sən yalnız pıçıltı eşidəcəksən."  Necə ki, Cübbəli deyir ; "Meydan oxuyacağıq istədiyimiz kimi danışarıq" kimi hörmətsizcə danışa biləcəyini düşünür. Meydan oxuyacağıq demir, amma haşa üslubu meydan oxuyan kimi oradakı söhbəti. Allah deyir ki; " Mərhəmətli olan Allahın qarşısında səslər kəsiləcək." "Mən orada da müzakirə edərəm" deyir, belə avam bir üslubla müzakirə edə biləcəyini düşünür. Allah nə deyir? "Mərhəmətli olan Allahın qarşısında səslər kəsiləcək və sən yalnız pıçıltı eşidəcəksən."   Ərazidə yalnız  pıçıltını xatırladan bir səs var bütün dünyada. İnsanların  səsi kəsilir. "O gün Mərhəmətli   Allahın  izn verdiyi və sözündən razı olduğu kimsədən başqasının şəfaəti  heç bir fayda verməyəcəkdir." Allahın icazə verdiyi, sözündən məmnun olduğu, danışmasından razı qaldığı kimsəyə şəfaətdə vardır. "Ya Rəbbi" deyir; "bu insanlar yaxşı insanlardır" deyir. Şəfaətdə var inşaAllah. Amma Allah icazə verir, onsuz da Allahın bildiyi bir şeyi deyir.

     " Allah onların gələcəyini də , keçmişini də bilir. Onların elmi isə Onu ehtiva edə bilməz ." Biz ətrafımızda nə olub bitdiyini bilmirik. Bir çox varlıq var. Cinlər olur, mələklər olur, bir çox şeyi görə bilmirik. Və yaxud kiçik şeyləri olar görə bilmirik. Cənabı Allah deyir ki; " Allah onların gələcəyini də , keçmişini də bilir. Onların elmi isə Onu ehtiva edə bilməz." Məlumat baxımından da əhatə edə bilmirlər. Yəni, necə bir şeydir, nə xüsusiyyəti vardır təfərrüatlarını da