AzTV Xeberler: Qafqaz Universiteti Novruz şənliyi keçirib

  • 13 yıl önce
Qafqaz Universitetinin mədəniyyət şöbəsinin təşkilatçılığı ilə Novruz Bayramına həsr olunmuş ədəbi- bədi gecə keçirildi . Tədbirdə çıxış edən Qafqaz Universitetinin mühəndislik fakultəsinin dekanı professor Həmzağa Orucov Novruz bayramı dərin tarixiə malik olan təkcə təkamül rəmzi deyil, həmdə təbiətin oyanışı, insanların arzu və ümidlərinin, niyyətlərinin pöhrələnməsini təcəssüm edən bir bayramdır. Adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Novruz bayramında adətən evdə həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir . Novruz bayramında şiriniyyat növləri (qoğal,külçə,paxlava,şəkərbura və sair) plov bişirilir. Rəngbərəng yumurta boyanır, sinilərdə xonça bəzənir, tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər.