Talıb Tale - Sevmək Nədir

  • 3 years ago
Bilirəm sevgilim, məni qısqanırsan.
Ancaq bu sevgini niyə danırsan?
Baxışın mənalı, özün xəyallı
Görürəm sevgidən duyğulanırsan
Dalınca biz uzaq bir gün aralı
Darıxdım deməyə mi utanırsan?
Bilirəm, sevgilim, ürəyin məndədir
Fikrim hey başında, düşüncəndədi
Sevgim ürəyində gül tək çiçəklənir
Hislərin gül ləçəyindən incədir
Ürəyincədir bu yaşanan sevgimiz
Ancaq bu qısqanclığın qəlbimi incidir
Sənə vurulandan bilmişəm ki, sevmək nədir
Kimisə düşünmək, istəmək, darıxmaq nədir
Bunu bilə-bilə etmək olmur ki heç, sevgilim
Sevmək ağıllı başla deyil,bir ürəklədir
Sənə vurulandan bilmişəm ki, sevmək nədir
Kimisə düşünmək, istəmək, darıxmaq nədir
Bunu bilə-bilə etmək olmur ki heç, sevgilim
Sevmək ağıllı başla deyil, bir ürəklədir
Bilirəm sevgilim, sənə bağlanmışam
Sevgi qollarında qucaqlanmışam
Elə bil başqa bir aləmə düşmüşəm
Bu gecə dünyadan uzaqlaşmışam
Gözümdə bircə sən, başqasını görmürəm
Eşqin hökmü ilə yasaqlanmışam
Sənə vurulandan bilmişəm ki sevmək nədir
Kimisə düşünmək,istəmək, darıxmaq nədir