Xedice Abbasova - Bilmez idim (mus. E. Sabitoglu)

  • vor 4 Jahren
Xədicə Abbasova - Bilməz idim
Musiqi / Music: Emin Sabitoğlu
Söz / Lyrics : Nürəngiz Gün

Bilməz idim, üzün belə dönükmüş,
Bilməz idim, eşqin belə sönükmüş,
Sevdamıza yağış da, qar da çökmüş,
Bilməz idim, qaytar apar, istəməm.

Bilməz idim, ay necə dolanarmış,
Bilməz idim, ay gecə dolanarmış,
Bilməz idim, sinəm belə yanarmış,
Sən öyrətdin, qaytar apar, istəməm.

Bilməz idim, eşq nədir, qəm nədir,
Bilməz idim, gül nədir, şəbnəm nədir,
Bilməz idim, kirpik nədir, nəm nədir.

Empfohlen