"Vəzifəsi əlindən alınan məmurları nələr gözləyir?", Azərbaycanda kabinet inqilabı - Xəbərlər

  • 6 years ago
Xəbər verildiyi kimi, prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Sərəncamda Nazirlər Kabinetinin yeni üzvlərinin təyinatı yer alıb.

Təyinatlara baxanda bir sıra dəyişikliklər olduğunu görürük.

Baş nazir Artur Rasi-zadəni Novruz Məmmədovla əvəzləyən president onun müavinləri arasında da dəyişiklik edib. Baş nazirin müavini Elçin Əfəndiyevi Bakı meri Hacıbala Abutalıbov əvəz edib. Baş nazirin müavini Əli Həsənov isə Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri vəzifəsini itirib. Həmin posta deputat Rövşən Rzayev təyin olunub. Baş nazirin digər müavinləri Abid Şərifov və İsmət Abbasov da yeni kabinetdə təmsil olunmayıblar.

Təhsil naziri vəzifəsi bu dəfə də boş saxlanılıb. Boş qalan nazir vəzifələrindən biri də səhiyyə naziri postudur. Oqtay Şirəliyevin yerinə indilikdə təyinat olmayıb. Ekologiya və təbii sərvətlər naziri postuna, eləcə də müdafiə sənayesi naziri vəzifəsinə təyinat olmayıb. Diaspora, Statistika, Ailəv və Uşaq komitələrinə təyinatlar da bu dəfə gerçəkləşməyib. Nazir təyinatını gözləyən nazirliklər arasında Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi də var.

© Kanal13 TV istehsal etdiyi bütün video və audio məhsulları azad yayım hüquqi altında yayır (free copyright and reuse allowed) və hər bir digər yayımçı Kanal13 tərəfindən istehsal edilmiş məhsulu məzmunu dəyişdirmədən, loqonu silmədən, Kanal13-ə istinad etməklə təkrar yaya bilər. Bu halda şirkətimizdən xüsusi icazə alınmasına ehtiyac yoxdur. Lakin arzuediləndir ki, Kanal13-ə məxsus hər hansı video material youtube.com/kanal13az hesabına link verilməklə yayımlansın. Materialların qeyd edilən tələblər daxilində başqa youtube hesablarına, saytlara və ya sosial şəbəkələrə yüklənərək yayılması sərbəstdir.

Xüsusi qeyd: Şəhr bölməsində yazılan təhqir və söyüşlər silincək. Kanal13 olaraq hörmətli izləyicilərimizdən xahiş edirik ki, tənqid yazmağı təhqir yazmaqla qarışdırmasınlar və heç kimi aşağılayıcı ifadələrlə təhqir etməsinlər.

▌▌►Website:
Facebook Official Page:
Twitter:





Click & Subscribe to the main youtube Channel:

Online Radio BakuFm:
Facebook Official Page:

© KANAL13 [ Azərbaycanın ilk peşəkar internet televiziyası ] The First Internet TV of Azerbaijan