İsra surəsinin 106, 107-ci ayələrinin təfsiri (9 iyun 2014-ci il tarixli söhbətdən)

  • 7 yıl önce
Adnan Oktar: Allah deyir ki, “Quranı insanlara aramla oxuyasan deyə, Biz onu hissələrə ayırıb tədriclə nazil etdik”. (İsra surəsi, 106) Yəni fasiləsiz oxumaq deyil, dura-dura oxumaq. Çünki başqa cür diqqətləri dağıla bilər. Diqqət dağıla bilər, amma dura-dura oxumaq yaxşıca diqqətlərini cəmləməyə imkan yaradar. Çünki insan zehni və diqqəti tez yorulan bir quruluşa sahibdir. “Biz onu hissələrə ayırıb tədriclə nazil etdik”. (İsra surəsi, 106). Yaxşıca mənimsəyərək başa düşməyiniz üçün və böyük bir diqqətlə düşünüb yaşamağınız üçün. Quranın izahında metodu da Allah göstərir. Yəni fasiləsiz izahat diqqəti dağıdar. Amma diqqət verərək dinləmələri üçün fasilələr verərək, diqqəti Quranın üzərinə çəkərək izah etmək lazımdır. “De: “İstər ona inanın, istərsə də inanmayın ...”. (İsra surəsi, 107). Təzyiq yoxdur. Nə deyir bəziləri? “Təzyiq var” -deyir. Allah “təzyiq yoxdur” -deyir. “İstər inanın, istər inanmayın”. “Doğrudan da, ondan əvvəl özlərinə elm verilmiş kimsələrə, ayələr oxunduğu zaman üzüstə səcdəyə qapanır”. (İsra surəsi, 107). Məsələn, musəvilər və xristianlar çənə üstə səcdə edirlər. Biz bunu sonra gördük. Ayəni oxuyan anlaya bilmir, çünki səcdə alın üstə edilir. Halbuki, xristian və musəvilərdə səcdə çənə üstə edilir. Fotoşəkillərdə daha əvvəl göstərmişdik. Demək ki, gizli və ya açıq musəvilər və xristianlar Quran həqiqətini anladıqlarında öz inanclarına görə səcdə etmələri məqbuldur. Allah bu səcdəni qəbul edir. Bax, alın üstə deyil, öz bildikləri kimi çənə üstə səcdə etmələrini qəbul edir Allah. Əks təqdirdə bu səhvdir deyərdi Allah, amma tərifləyərək izah edir. Bu oxuduğum İsra surəsindəndir. Bayaq oxuduğum ayə də İsra surəsindən idi.

http://az.a9.com.tr/watch/239673/Kuran-Tefsiri/Isra-suresinin-106-107-ci-ayelerinin-tefsiri-(9-iyun-2014-ci-il-tarixli-sohbetden)
A9 uygulama mobil linkler :

A9 TV iphone : http://itunes.apple.com/tr/app/a9-tv/id432879700
A9 Radyo iphone : https://itunes.apple.com/tr/app/a9-tv-radio/id929302730

A9 TV Android : https://play.google.com/store/apps/details?id=com.chelik.client.a9tv
A9 Radyo Android: https://play.google.com/store/apps/details?id=com.chelik.clients.a9radyo

Önerilen