Maidə surəsinin 51-ci və Ali İmran surəsinin 67-ci ayələrinin təfsiri

  • 9 yıl önce
Hörmətli Adnan Oktarın 25 iyul 2013-cü ildəki söhbətindən Maidə və Ali İmran surəsi ilə bağlı izahları.

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram: "Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları (özünə) dost tutarsa, o da onlardandır. Allah zalım adamları doğru yola yönəltməz." Abdullah Kelkitli deyir: "İbrahim nə yəhudi, nə də xristian idi. O, ancaq hənif bir müsəlman idi və müşriklərdən deyildi." "Nə yəhudi, nə də xristian idi"- çünki, hz. İbrahim (ə.s)-ın dini başqa idi. Başqa bir din idi. Sonradan yəhudilik gəldi. Yəhudiliyi hz. Musa (ə.s) gətirdi. Hz. İsa (ə.s) da xristianlığı gətirdi. Hz. İbrahim (ə.s) o dövrdə olsa idi, yəni hz. İsa (ə.s)-ın dövründə, o da xristian olardı. Amma başqa bir dinlə Allah onu təltif etdi. İbrahimi idi. İbrahimilik dininə mənsub idi. Özü də, qövmü də İbrahimi idi. Necə ki, Yaqubular oldular, məsələn, Yaqub (ə.s) Yaqubu idi, hz. Yusif (ə.s)-a iman edənlər&nbs

Önerilen